Otelimiz 1 Dekabr 2021-ci il tarixindən fəaliyyət göstərəcək.
Otelimiz 1 Dekabr 2021-ci il tarixindən fəaliyyət göstərəcək.
Otelimiz 1 Dekabr 2021-ci il tarixindən fəaliyyət göstərəcək.
Park Chalet Otelinə xoş gəlmisiniz!
Park Chalet Otelinin 164 eleqant qonaq otağının hər biri əsrarəngiz dağ mənzərələri fonunda sadə, lakin lüks dizaynın mükəmməl kombinasiyasını əks etdirir. Xüsusi sifarişlə hazırlanmış əşyalara nəfis xalçalar, əhənglə ağardılmış palıd lövhələr və olduqca iri iş masası daxildir. Deluxe otaqlarda möhtəşəm yataq döşəyi ilə döşənmiş "King" və ya "Twin" çarpayılar var. Mərmərlə döşənmiş geniş hamamlarda ayrıca tualet otaqları, duş kabini və vannalar, yuyunmaq üçün yerlər və hamam ləvazimatları mövcuddur.
Bron etməklə birbaşa imtiyazlardan yararlanın.
Asan
Təhlükəsiz
Ən sərfəli qiymət
OTAQLAR VƏ LÜKSLARLüks otaqda qarlı dağ havası alın!
Deluxe King
Ənənəvi Alp üslubunda döşənmiş bu geniş otaqdakı isti və rahat atmosferdən zövq alın. Bütün otaqlarda taxta panellərlə işlənmiş divarlar, ikinəfərlik geniş çarpayılar, zərif taxta mebellər, bahalı parçalardan hazırlanmış zərif pərdələrlə bəzədilmiş, döşəmədən tavanadək iri pəncərələr və hamam xalatı, tərliklər və dəbdəbəli əşyalarla təchiz olunmuş mərmər vanna otağı mövcuddur.
Bu nömrələr Alp tipli balkon əlavə edilməklə "Deluxe Twin" nömrələri ilə eyni xüsusiyyətlərə malikdir. Bəzi otaqlar bir ailənin ehtiyaclarını ödəyə biləcək qarderob otağı ilə təmin edilmişdir.
Deluxe otaqlardan bir addım irəlidə olan bütün Chalet nömrələri geniş qonaq otaqları və balkonlarla təchiz olunmuşdur. Qarderoblar, ayrı-ayrı yataq otaqlarında iri çarpayılar və rahat divanlar, mərmərlə döşənmiş iri hamam otaqlarında isə qoşa çanaq, ayrıca vanna otağı, duş kabinəsi, habelə ayrıca tualeti olan geniş hamam təklif olunur. Park Chalet otelindən açılan ən yaxşı mənzərələri görə biləcəyiniz bu iri lüks nömrələr həqiqətən valehedicidir.
Mansard otaqlar otelin son mərtəbəsində yerləşir. Otelin damında yerləşən, taxta lövhəli divarları və hündür tavanı olan bu otaqlar, binanın damından inanılmaz mənzərələr açmaqla təkrarolunmaz məkan hissi bəxş edir. Rahat və səliqəli Mansard nömrələri sizi məmnun edəcək mini mətbəxlə təchiz edilmişdir. Sürüşmə qapılar geniş yataq otaqlarını rahat salondan ayırır və hər iki hissə düz ekranlı televizorlarla təchiz edilmişdir. Bu birotaqlı suite daha uzun müddətə qalmaq və azyaşlı uşaqları olan ailələr üçün ideal seçimdir.
Ən yuxarı mərtəbədə yerləşən, geniş tavanı və 1-ci mərtəbədə tam təchiz olunmuş mətbəx sahəsinə malik möhtəşəm qonaq otağı, 2-ci mərtəbədə isə iki böyük yataq otağı olan "Duplex" lüks ailə nömrələrində 1-2 uşaqlı ailə və ya bir neçə dost rahatlıqla qala bilər. Gözəl dizayn edilmiş iş zonası binanın damından dağlara açılan füsunkar mənzərədən zövq alaraq,lüks nömrənizdən iş həyatınızla əlaqə qurmaq imkanı verir. Salondakı rahat divanlar və çay masaları çay içmək üçün xoş və rahat şərait yaradır. Sevdiklərinizlə geniş yemək masası ətrafında nahar etmək möhtəşəm dağ tətilinizlə bağlı xoş xatirələr bəxş edəcəkdir.
MƏKANŞahdağ dağ kurort zonası qədim zamanlardan bəri Azərbaycanın giriş darvazalarından biri olmuşdur. O, Avropa, Rusiya, Yaxın Şərq və Orta Asiya arasında tarixi əlaqə vasitəsi kimi tanınan Qusardan 30 kilometr məsafədə yerləşir.
Restoranlar və Barlar
Qafqaz dağlarının qoynunda sərbəst və səmimi mühit təmin edən Park Chalet otelinə gəlin və ən yaxşı mətbəx təkliflərindən zövq alaraq əsl Azərbaycan qonaqpərvərliyini yaşayın.
TədbirlərEksklüziv tədbirlər unikal ünvanda keçirilməyə layiqdir.
Şahdağ kurortunda yerləşən və saysız-hesabsız təbii gözəlliklərlə əhatə olunmuş bu yeni otel işgüzar görüşlər və qala-qəbullar üçün əlverişli şərait yaradır. Samur tədbir otağı kiçik və orta toplantılar üçün ideal seçimdir.